ATƏT sədrindən erməni təxribatına – Reaksiya

12.04.2023 - 14:30

Ötən gün Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insident və bu cür xoşagəlməz hallar regionda gərginliyin artmasına səbəb ola bilər.

Cumhuriyyet.az xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Azərbaycana gələn kimi hadisə ilə bağlı dərhal mənə məlumat verildi. Həlak olanlarla bağlı başsağlığımı çatdırdım. Təəssüf ki, belə hadisələr vəziyyəti daha da gərginləşdirə bilər”, – B.Osmani deyib.

Fəaliyyətdə olan sədr qeyd edib ki, ATƏT regiona sülh gətirmək üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına kömək etməyə hazırdır.

Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu şəhid olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190820

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031