İrəvan sərhəddən hərbçiləri geri çəkir?

13.04.2023 - 12:38

Azərbaycanla sərhədə ordu bölmələrinin əvəzinə sərhədçilərin yerləşdirilməsi münaqişənin yekun həllinin tərkib hissəsi olmalıdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşündə deyib.

“Bütün ölkələrdə sərhəd xidməti xarakterinə, hətta silah növlərinə görə ordu birləşmələrindən fərqlənir. Sərhədçilərin rotasiyası və sərhədin onların nəzarətinə verilməsi yeni münaqişələrin yaranma ehtimalını xeyli azaldacaq. Bu fikir yeni deyil, əvvəllər ictimaiyyətə açıqlanıb. İndi o, sülh müqaviləsi ətrafında müzakirələrin bir hissəsi kimi müzakirə olunur. İndi də iki ölkə sərhədinin bəzi hissələrində sərhədçilər var və təcrübə göstərir ki, bu hissələrdə toqquşma ehtimalı ordu bölmələrinin yerləşdiyi digər ərazilərlə müqayisədə daha azdır”, – Mirzoyan bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190861

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930