Azərbaycan Ordusuna çatmaq üçün… – Paşinyan

18.04.2023 - 16:06

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla “pozulmuş hərbi balansı” bərpa etmək üçün ciddi proqramların olduğunu bəyan edib.

Cumhuriyyet.az xəbər verir ki, Paşinyan bunu hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Vigen Xaçatryanın sualını cavablandırarkən deyib.

İki ölkə arasında hərbi potensial baxımından çox böyük uçurum olduğunu deyən deputat hökumətin bu uçurumu azaltmaq üçün nələr etdiyini də soruşub.

“Biz tarazlığı bərpa etmək üçün çox ciddi proqramlar hazırlamışıq, lakin onları ictimai müzakirə etməyəcəyik”, – Paşinyan bildirib.

O qeyd edib ki, milli təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında təkcə iqtidar fraksiya ilə deyil, müxalifət deputatları ilə də müzakirə etməyə hazırdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191021

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2023
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031