“Yaxın vaxtlarda sülh müqaviləsi üzrə danışıqlar aparılacaq” – Qriqoryan

28.04.2023 - 15:51

Yaxın vaxtlarda sülh müqaviləsi təklifləri üzrə danışıqların aparılması gözlənilir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərlə söhbətində bildirib. O, müzakirələrin davam etdiyini qeyd edib.

Jurnalistlərin “Ermənistan Azərbaycanın təkliflərinə 40 gündən artıq cavab verməyib” sualına Qriqoryan cavab verib ki, Ermənistan öz nümunələrini çatdıranda Azərbaycan da gecikib və bu normaldır.

O, həmçinin qeyd edib ki, İrəvan Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının imkanlarını genişləndirməyi təklif edib. Çünki müşahidəçilərin sayı Ermənistanın Azərbaycanla beynəlxalq sərhədlərinə nəzarət etmək üçün kifayət etmir.

Təhlükəsizlik Şurasının katibi deyib ki, Ermənistan bütün tərəfdaşlarına həm insanların sayını, həm də digər imkanları artırmağı təklif edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=191327

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031