Manukyana cavab: Ankaraya gedirik, siz də gəlin…

02.05.2023 - 15:04

Müxalifət Ankarada keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının iclasına iqtidardan olan deputatlarla getməkdən imtina edir.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin İqtisadiyyat Komissiyasının sədr müavini Babken Tunyan “Hayastan” fraksiyasından olan deputat Geqam Manukyana cavabında deyib.

“Mayın 4-də keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün Türkiyəyə, Ankaraya yola düşürük (nümayəndə heyətinə parlament sədri Alen Simonyanın rəhbərlik edəcək – red.) Burada bizi kifayət qədər mürəkkəb gündəm gözləyir. Siz də həmin nümayəndə heyətinin üzvüsünüz. Ruben Rubinyanın niyə getdiyini soruşursan. Mən də soruşuram, sən niyə gəlmirsən? Çox yaxşı forumdur, gələrdiniz, bütün qayğılarınızı qaldırardınız. Problemlər çoxdur, fikirlərimizi irəli sürməkdə bizə kömək edərdiniz. Bu, bilavasitə sizin öhdəliklərinizdir”, – Tunyan bildirib.

Qeyd edək ki, Geqam Manukyan çıxışında Azərbaycanla ABŞ-da baş tutan danışıqlarda parlament spikerinin müavini, Türkiyə ilə danışıqlar aparan Ruben Rubinyanın iştirakına narazılığını bildirmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191500

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930