Bakı və Berlin arasında siyasi məsləhətləşmələr aparıldı

08.06.2023 - 12:41

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Berlində Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq ilə siyasi müzakirələrdə iştirak edib.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Lüttenberq Tvitterdə paylaşım edib.

“Berlində Almaniya və Azərbaycan arasında illik siyasi məsləhətləşmələr keçirilib. Xarici işlər nazirinin müavini Xələf Xələfova tərəfdaşlığa, şəffaflığa və qarşılıqlı hörmətə əsaslanan hərtərəfli dialoqda iştirakına görə təşəkkür edirəm. Almaniya Cənubi Qafqazda sabitlik uğrunda mübarizəni davam etdirəcək”, – paylaşımda deyilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=192028

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728