İlham Əliyev Putinə məktub göndərdi

12.06.2023 - 11:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Cumhuriyyet.net məktubun mətnini təqdim edir:

“Hörmətli Vladimir Vladimiroviç.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı – Rusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanı və Rusiyanı xalqlarımız arasındakı çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri bağlayır. Bu gün bizim dövlətlərarası əlaqələrimiz, gündən-günə yeni sahələri əhatə edən sıx və etibarlı tərəfdaşlıq münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.

Böyük məmnuniyyətlə Azərbaycan-Rusiya əlaqələrinin ruhunu və xarakterini əks etdirən, gələcək illər üçün çoxplanlı qarşılıqlı fəaliyyəti müəyyənləşdirən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni qeyd etmək istərdim.

Əminəm ki, biz birgə səylərimizlə bundan sonra da gələcək əlaqələrimizin möhkəmlənməsinə, ticari-iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişlənməsinə xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə fəal kömək edəcəyik.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, dost Rusiya xalqına isə səadət və rifah arzulayıram”.

Short URL: http://www.cumhuriyyet.net/?p=192126

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031