İrəvan ruslara atəş açıb, Kremlin “cavabı”nı gözləyir

19.06.2023 - 16:07

Ermənistan Həkəri çayının üzərindəki insidentlə bağlı Rusiyanın reaksiyasını gözləyir.

Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Ermənistan XİN başçısının müavini Vaan Kostanyan “Laçın” postunda Azərbaycan bayrağı qaldırılarkən, azərbaycanlı sərhədçilərlə birgə, rus sülhməramlılarının da ermənilər tərəfindən atəşə tutulması ilə bağlı qeyd edib.

“İnsident araşdırılır. Ermənistan XİN öz mövqeyini və narahatlığını açıqlayıb. Rəsmi reaksiya gözləyirik”, – o bildirib.

Xatırladaq ki, 15 iyunda – Qurtuluş Günündə Azərbaycan DSX-nin hərbçiləri “Laçın” postunda Bayrağımızı qaldırarkən Ermənistan hərbi birlikləri atəş açıb və bir hərbçimiz yaralanıb. İnsidenti araşdırmaq üçün hadisə yerinə gələn rus sülhməramlıları Azərbaycan bayrağının postun bir neçə metrliyində qaldırılmasının ərazi baxımından qanunauyğun olduğunu təsdiqləyib və bayrağımızın qaldırılması mərasimini müşayiət edib. Bu zaman ermənilər rus sülhməramlılarına da atəş açıb.

Ermənistan isə həyasızcasına guya Bayrağımızın qaldırıldığı yerin öz ərazisinə düşdüyünü iddia edərək, sərhədçilərimizin və rus sülhməramlıların atəşə tutulmasına haqq qazandırmağa çalışır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=192498

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930