Bayramovdan Qarabağ erməniləri ilə bağlı açıqlama

23.06.2023 - 13:42

 

Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə xüsusi təminat verilməsi ilə bağlı tələbi Azərbaycanın daxili işlərinə qarışmağa bərabərdir.

Cumhuriyyet.net xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində deyib.

O qeyd edib ki, hansısa ilkin şərt rəsmi Bakı üçün qəbuledilməzdir:

“Bu, Azərbaycanın daxili işidir. Azərbaycan Konstitusiyası və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar bu əhalinin hüquqlarının təmin edilməsi üçün bütün lazımi şəraiti təmin edir”.

Nazir bildirib ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunduqdan sonra etnik ermənilər də digər etnik və dini azlıqlar kimi öz ana dilində danışa və təhsil ala, mədəniyyətlərini qoruyub saxlaya bilərlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=192600

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728