Paşinyandan Rusiyaya qarşı təhlükəli oyun

23.06.2023 - 14:34

Ermənistan hakimiyyəti Rusiyaya qarşı növbəti təxribatçı kurs həyata keçirir. Dünən məlum olub ki, Avropa Parlamentinin müdafiə komitəsinin sədri Natali Luazo və Avropa Parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin üzvləri də daxil olmaqla, AB nümayəndə heyəti Qarakilsə hava limanına enib. Xatırladaq ki, 44 günlük müharibədən sonra Qarakilsə hava limanını Rusiya sülhməramlıları idarə edir və ona bitişik ərazidə onların geniş poliqonu yerləşir.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Hraparak” nəşrində dərc edilən məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, qonaqları hava limanında AB-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter və AB-nin Ermənistandakı səfiri Andrea Viktorin də qarşılayıb:

“Enişdən sonra müşahidəçilərin veb-saytının Tvitter səhifəsində müşahidəçilərin Laçın dəhlizinin yaxınlığında patrul xidməti həyata keçirəcəkləri barədə qeyd yaranıb. Qeyd edək ki, üçtərəfli bəyanata görə, Laçın dəhlizi Rusiya tərəfinin nəzarətindədir və AB müşahidəçilərinin həmin ərazidə patrulluq etmək səlahiyyəti yoxdur”.

Bildirilib ki, bəzi hökumət dairələrində bu, “təhlükəli avantüra” kimi qiymətləndirilir və Rusiyanın bunu qəzəblə qarşıladığı söylənilir.

“Mənbələrimizin bildirdiyinə görə, Təhlükəsizlik Şurasının son iclaslarının birində Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması məsələsi də müzakirə olunub”.

Short URL: http://www.cumhuriyyet.net/?p=192608

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31