Hakan Fidan Bakıdan bu görüşə yollanacaq

05.07.2023 - 16:00

Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri cümə axşamı NATO sammiti ərəfəsində Brüsseldə görüşəcəklər.

Cumhuriyyet.net xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib.

“NATO-nun Baş katibi Yens Stoltenberqin dəvəti ilə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirlərinin sabah Brüsseldə keçiriləcək görüşündə iştirak edəcəyəm. Türkiyənin xarici işlər naziri cənab Hakan Fidana ilk telefon danışığına görə təşəkkür edirəm”, – o bildirib.

Nazir bu görüşün üçtərəfli memorandum çərçivəsində keçirilib-keçirilməyəcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=192936

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930