XİN rəsmisi sabiq erməni deputatın təxribatının qarşısını aldı

06.07.2023 - 12:55

Azərbaycan Qarabağın erməni azlığına humanist və sivil münasibət göstərir.

Cumhuriyyet.net xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Niderlandın Haaqa şəhərində keçirilən “Cənubi Qafqaz və Avropa İttifaqı” konfransında müzakirələr zamanı deyib.

O, tədbir zamanı Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının sabiq deputatı Tatevik Ayrapetyanın Laçın yolunun müvəqqəti bağlanmasını “Azərbaycanın Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti” kimi təqdim etmək cəhdlərinə cavab verib.

Avropa Birliyinin region üzrə xüsusi nümayəndələri, Brüsseldən yüksək səviyyəli rəsmilər, eləcə də həm Qafqaz, həm də Avropa ölkələrindən yüksək səviyyəli diplomatlar və ekspertlərin iştirak etdiyi tədbirdə danışan səfir söyləyib ki, Azərbaycan Ermənistanla sərhədin Laçın hissəsini nəzarətə götürdükdən sonra erməni azlığına humanist və sivil münasibət göstərdi:

“Bir neçə həftə ərzində 30 ildən çox separatçı rejim tərəfindən məcburi təcrid vəziyyətində saxlanılan yerli əhali Azərbaycan hakimiyyətinin nümayəndələri ilə əlaqə yarada bildi – və heç bir problem olmadı. Və bu, qarşılıqlı etimad yaratmağın ən yaxşı yoludur”, – diplomat vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=192996

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930