İlham Əliyev Numan Qurtulmuşu qəbul etdi

12.07.2023 - 14:35

İyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşu qəbul edib.

Cumhuriyyet.net xəbər verir ki, Numan Qurtulmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Dövlət başçısı Türkiyədə keçirilmiş prezident və parlament seçkilərində qələbə münasibətilə bir daha təbriklərini çatdırıb.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Numan Qurtulmuşun səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi qeyd olunub.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsinin, bu təşkilat və TÜRKPA formatında əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=193259

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728