Araik Azərbaycan kəşfiyyatından qaçmaq üçün bunu etdi

19.07.2023 - 11:02

Qarabağdakı separatçı rejim Azərbaycan kəşfiyyatından yayınmaq üçün yeni metoda əl atır.

Cumhuriyyet.net Publika.az-a istinadən xəbər verir ki, Ermənistandakı “Zəngi” telekommunikasiya şirkəti ilə separatçılar arasında müqavilə imzalanıb.

Layihəyə görə, “Zəngi” şirkəti separatçıların danışıqlarının məxfiliyini qorumaq istiqamətində addımlar atacaq. Belə ki, mülki danışıq operatoru hərbiləşdiriləcək. Şirkətin rəhbəri Vahram Martirosyan bildirib ki, bu ideya 2016-cı ilin aprel müharibəsindən sonra gündəmə gəlib. Məqsəd müasir və qorunan rabitə sisteminin yaradılmasıdır. Araik Arutyunyan da daxil olmaqla separatçı rejimin rəhbərliyi bu rabitə vasitəsindən istifadə etməklə danışıqların məxfiliyini təmin edə biləcəklər.

Hesab edirlər ki, bununla Azərbaycan kəşfiyyatının onları dinləməsinin qarşısını ala biləcəklər. Məlumatlara görə, “Zəngi” şirkəti 6 ay öncədən başlayaraq, infrastrukturun yaradılması istiqamətində işləyir.

Short URL: http://www.cumhuriyyet.net/?p=193384

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930