Araikin “daha sərt metodu” bu gün başlayır

25.07.2023 - 11:27

Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi şəhərində fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün başçısı Araik Arutyunyanın “daha sərt mübarizəyə keçidinin” mahiyyəti bəlli olub.

Cumhuriyyet.net erməni mediasına istinadla xəbər verir ki, Arutyunyanın 17 iyulda elan etdiyi bir həftəlik “oturaq aksiyası” ötən gün başa çatıb və o, “elan etdiyi sərt mübarizə üsullarına” keçib.

“Sərt mübarizə” isə bu gün saat 20:00-da Xankəndinin İntibah və İrəvanın Azadlıq meydanında “eyni vaxtda” etiraz aksiyaları keçirməkdir. Xankəndidəki mitinqə separatçı-terrorçu dəstənin “dövlət naziri” Qurgen Nersisyan rəhbərlik edəcək.

Xatırladaq ki, bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=193527

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930