Paşinyanın “çağırışı”: işğal siyasəti davam edir

25.07.2023 - 14:14

Ermənistan Baş naziri Nikol Paşinyan bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan açıqlama ilə çıxış edib.

Cumhuriyyet.net xəbər verir ki, o, Tvitter hesabında bunları yazıb:

“Dünya ictimaiyyəti Dağlıq Qarabağın Sarayevo tipli mühasirəsinə son qoymaq üçün cəsarətli addımlar atmalıdır. Cənubi Qafqazda davamlı sülh mümkündür, ancaq yalnız sivil dünyanın aktiv dəstəyi ilə”.

Qeyd edək ki, Ermənistan Baş naziri Paşinyanın “Le Monde”yə müsahibəsində Qarabağ və anklavlar da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımasına zidd bəyanatlar səsləndirməsinə Azərbaycan XİN cavab vermişdi. Buna baxmayaraq, Nikol Paşinyan yenə eyni təbliğat və ziddiyyətli bəyanatları davam etdirir.

“Dağlıq Qarabağ” adlı Azərbaycanda inzibati ərazi vahidi yoxdur, Qarabağın bir hissəsində yaşayan erməni icması isə blokadada deyil, onlar Azərbaycanın Ağdamdan istənilən məhsulu tədarük etmək təklifini rədd edərək, Ermənistandan tədarük tələb edirlər. Bu isə iqtisadi tələb deyil, Azərbaycanın ərazi bütövlüyünə qəsd cəhdi, işğal siyasətini davam etdirmək üçün Ermənistanın oynadığı ikili oyundur.

Short URL: http://www.cumhuriyyet.net/?p=193558

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728