Xankəndiyə Ağdamdan “dəhliz”… – Paşinyan

25.07.2023 - 15:16

Mən Ağdamdan keçməklə “Dağlıq Qarabağ”a (Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına – red.) humanitar dəhlizin verilməsi məsələsini müzakirə etməmişəm, çünki belə bir məsələni müzakirə etməyə nə ehtiyacım var, nə də mandatım. Amma 10 noyabr bəyanatını imzalayanlardan biri kimi “Laçın dəhlizi” məsələsini müzakirə etmək mandatım var.

Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.

Paşinyan bildirib ki, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin Ağdamdan keçməklə Qarabağa (ermənilərin yaşadığı əraziyə – red.) “humanitar dəhliz” verilməsi təklifinin vacibliyi ilə bağlı bəyanatı onun üçün sürpriz olmayıb:

“Vəziyyətin nizamlanması beynəlxalq ictimaiyyət üçün deyil, ilk növbədə Ermənistan və “Dağlıq Qarabağ” üçün lazımdır. Beynəlxalq ictimaiyyət “Dağlıq Qarabağ” ətrafındakı vəziyyətin həlli üçün addımlar atır və mövqe bildirirmi? Bəli. Avropa Şurası bu mövzuda qətnamə qəbul etdi, ATƏT-in Daimi Şurasının son iclasında bir çox ölkələr birmənalı mövqelərini bildirdi, Beynəlxalq Ədalət Məhkəməsi qərar verdi. Bu səylər kifayət edirmi? Yox. Yəni problemi həll etmək üçün bizim nələrsə edə biləcəyimizin beynəlxalq ictimaiyyətə lazım olduğu haqda düşüncə yanlışdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=193576

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930