Daha 30 il qarşıdurmada yaşayaq? – Paşinyan

25.07.2023 - 16:12

Ermənistanı daim qarşıdurma şəraitində yaşamağa çağıran insanlar ölkənin mövcudluğunu şübhə altına alırlar.

Cumhuriyyet.net xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistanın yaxın 30 ildə də qarşıdurma rejimində yaşamasını istəyən şəxslər var:

“Mən kiminsə istəklərini, fikirlərini qiymətləndirmək istəmirəm. Niyyətlər yaxşı, konstruktiv ola bilər, amma söhbət mümkün nəticələrdən gedir. Səhvlərindən dərs almış, öhdəliyi olan bir məmur kimi deyə bilərəm ki, kimsə Ermənistanın qarşıdurma rejimində yaşamalı olduğunu deyirsə, o, əslində dövlətin özünü şübhə altına alır. Mən demirəm ki, bu adamlar bunu istəyir, amma nəticəsi olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=193590

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728