Bakı keçmişi unutmayıb, “status” verməyəcək

25.07.2023 - 16:21

Bu gün Moskvada Ermənistan və Azərbaycan arasında münaqişənin həlli ilə bağlı xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılacaq. Bütün müzakirə ediləcək məsələlər köhnədir – birinicisi, Qarabağın Azərbaycan ərazisi olmasının Ermənistan tərəfindən tanınması ilə sülh müqaviləsinin imzalanması; ikincisi, Zəngəzur nəqliyyat dəhlizi, eləcə də digər nəqliyyat dəhlizləri; üçüncüsü isə sərhədin demarkasiyası və delimitasiyası. Və bu mövzularda da bütün fikir ayrılıqları köhnədir.

Cumhuriyyet.net xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Əsas odur ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi kimi tanımasına hazırdır, amma Qarabağ ermənilərinin muxtariyyətini tələb edir. Azərbaycan isə xatırlayır ki, Qarabağda ermənilərin keçmiş muxtariyyəti Birinci Qarabağ müharibəsi və azərbaycanlıların etnik təmizləməsi ilə çox pis başa çatıb. Bakı Azərbaycanın çoxmillətliliyini nəzərə alaraq, muxtariyyət olmadan ermənilərə digər xalqlar kimi ölkəsində yaşamağı təklif edir. Onlar isə Birinci Qarabağ müharibəsinin qisasının alınmasından və azərbaycanlıların onlara qarşı etnik təmizləmə aparmasından qorxurlar. Vəziyyət dalana dirənib”, – o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=193592

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930