Nikol: Baxın, Rusiya, Fransa, ABŞ Qarabağ haqda nə deyib…

25.07.2023 - 16:30

Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib.

Cumhuriyyet.net  xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Təəssüf hissi ilə qeyd edirəm ki, dünyada Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan bir ölkə belə yoxdur. Başqa bir sual da ondan ibarətdir ki, biz bu incəlikdən xəbərdar idik, ya yox. Bizim mövqeyimiz ondan ibarət idi ki, bütün dünyanın nə deməsinin əhəmiyyəti yoxdur, biz bunu başqa cür etməliyik. Ola bilsin ki, mən də hansısa mərhələdə bu cür hərəkət etmişəm, amma sonda biz konkret reallıqla üz-üzə qalırıq “, – deyə Paşinyan bildirib.

Paşinyan, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin 2020-ci il dekabrın 17-də keçirdiyi mətbuat konfransında bəyanatından bir sitatı oxuyub: “Beynəlxalq hüquq baxımdan bütün bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm, Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımırdı, ona görə də Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycandır”

Baş nazir fransalı keçmiş həmsədr Stefan Viskontinin 2020-ci ilin yanvarında Senat komissiyasının deputatları ilə görüşü zamanı dediyi sözləri də sitat gətirib: “Dağlıq Qarabağ Azərbaycanda yerləşən dağlıq anklavdır”.

Ermənistanın baş naziri ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı illik hesabatından da sitat gətirib:

“Xüsusilə, 2012-ci ildən 2016-cı ilə qədər olan hesabatlarda bildirir ki, separatçılar Ermənistanın köməyi ilə Dağlıq Qarabağın əksər hissəsini və Azərbaycanın daha 7 ərazisini nəzarətdə saxlamaqda davam ediblər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=193594

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031