Paşinyan Qarabağ ermənilərini hədələdi – Surenyants

26.07.2023 - 15:39

Paşinyan keçirdiyi mətbuat konfransında Qarabağ ermənilərini başa salmaq istəyirdi ki, ona arxalanmasınlar. Nikol onlara dedi ki, vəziyyətdən özünüz çıxın. Mən 29,8 kvadrat kilometr ərazinin baş naziriyəm… Bundan daha alçaldıcı mətbuat konfransı xatırlamıram.

Cumhuriyyet.net xəbər verir ki, bunu Ermənistanın Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants deyib

“O, ilk növbədə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Moskva danışıqlarının mənfi kontekstini ictimai hay-küylə ört-basdır etmək istəyib. Əgər bu danışıqlar başqa yerdə aparılsaydı, o, yenə də eyni şeyi edərdi. İkincisi, Paşinyan Qarabağ ermənilərinə demək istəyirdi ki, nə ona, nə də beynəlxalq aləmə arxalansınlar. Üstəlik, o, qarabağlıları “badımcan əkmədiklərinə” görə tənqid edib və onlara köçürülən pulları alacağı ilə hədələyib”, – o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=193631

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728