ABŞ-dan baxış: Moskvanın üçtərəfli görüşdə məqsədi…

27.07.2023 - 16:24

Rusiya Bakı və İrəvana Moskvanın Cənubi Qafqazda hərbi və diplomatik mövcudluğunun zəruriliyini xatırlatmaq üçün yollar axtarmağa davam edir.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.

“İyulun 25-də Moskvada Rusiya XİN rəhbəri Lavrov həmkarları Bayramov və Mirzoyanla Qarabağla bağlı ikitərəfli və üçtərəfli danışıqlar aparmaq üçün görüş keçirib. Lavrov üçtərəfli danışıqlar zamanı balanslaşdırılmış siyasət yürütməyə cəhd edib. O, Kremlin Ermənistan və Azərbaycanın müxtəlif mövqelərini dəstəklədiyinə işarə edərək, uzunmüddətli effektiv sülh sazişinin istənilən real müzakirəsini təxirə salıb. Bunun bariz nümunəsi kimi üçtərəfli danışıqlar başlamazdan əvvəl Rusiya XİN rəhbərinin köməkçisi ondan Qarabağı “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırmamağı xahiş edib, çünki bu, Azərbaycan tərəfinin xoşuna gəlməyəcək. Bu, İrəvana Rusiyanın Azərbaycana xoş gəlmək istədiyini göstərən sadə, lakin təsirli manipulyasiya taktikası idi. Lavrov həmçinin Paşinyanın ritorikasını dəstəkləyərək Xankəndi ilə Bakı arasında birbaşa “dialoqun” və Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bəyan etməklə Ermənistanı sevindirməyi bacarıb. Çox güman ki, Lavrov iyulun 25-də keçirilən üçtərəfli danışıqlarda Ermənistanın Rusiya sülhməramlıları vasitəsilə Qarabağ ermənilərinə 400 ton humanitar yardım göndərməsinə Azərbaycanın da razılığını alacağına İrəvanı əmin edib”, – məlumatda deyilir.

Qeyd olunur ki, Moskva üçtərəfli görüşü keçirməsi Tehranın İrəvana “Şahid” PUA-sını verib, Rusiyanın Ermənistandakı təsirini aradan qaldırmaq cəhdlərini azaltmaq niyyəti ilə də bağlı ola bilər:

“Bəzi mənbələr Ermənistanın Azərbaycanla son bir neçə toqquşmada İranın “Şahid” PUA-sından istifadə etdiyini bildirir. İran Rusiyanın Qafqazla bağlı “səhlənkarlığına” cavab olaraq Ermənistana hərbi dəstəyini genişləndirə bilər. Üçtərəfli görüş Rusiyanın “sülhməramlı qüvvələrinin” bir hissəsinin 2023-cü ilin martında Qarabağdan Ukraynaya köçürülməsindən sonra Ermənistan üzərində xüsusilə kövrəkləşən təsirini bərpa etmək və İranın İrəvana təsirini azaltmaq cəhdi kimi də görünür”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=193750

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930