Sərdar Cəlaloğluna “YOX” cavabı gəldi – Tərəfdarları başqa partiyaya keçdi

28.07.2023 - 16:12

Azərbaycan Demokrat Partiyasının (ADP) təkrar qeydiyyatla bağlı müraciətinə imtina cavabı gəlib.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Modern.az-a partiyanın sədri Sərdar Cəlaloğlu məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi ADP-nin təqdim etdiyi məlumatlarda nöqsanlar aşkar edildiyini bəyan edib:

“Bizə bir ay vaxt verdilər. Bir ay ərzində çalışacağıq ki, o səhvləri aradan qaldıraq. Ümumiyyətlə, qanun qəbul ediləndə biz dedik ki, bu məsələ problemli olacaq. Çünki bir çox adam ölkədəki ictimai-siyasi vəziyyətə görə özünün məxfi məlumatlarının verilməsinə tərəddüd edir. Bizim bəzi üzvlərimiz də şəxsi məlumatların olduğu kimi verilməsindən imtina edib. Görək, əlavə üzvlərimizdən kimlər razı olacaqsa, reyestrə salacağıq”.

Sərdar Cəlaloğlu ADP-nin bir çox üzvünün partiyadan imtina etdiyini, bəziləri isə gizli şəkildə başqa partiyaya keçdiyini söyləyib.

“Təqdim etdiyimiz siyahıda bəzi adlar təkrar olunub. Hərf səhvləri var. Bir neçə şəxslərlə bağlı məlumatlar dəqiq deyil. 20 nəfər partiyadan imtina edib. Təxminən 25 nəfər də başqa partiyanın üzvü olduğunu deyib. Bizim partiyadan çıxmadan gedib başqa partiyanın üzvü olublar. Bizim məlumatımız olmayıb. Bunun günahı bizdə deyil. Nizamnamədə elədir ki, şəxs ərizə verib üzvlükdən çıxmırsa, bizim partiyanın üzvü sayılır. Digər partiya onları qeyri-qanuni qeydiyyata alıb”, – deyə partiya sədri vurğulayıb.

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP və Ağ partiya da var.

Short URL: http://www.cumhuriyyet.net/?p=193852

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728