Bizim TIR-lar da Zəngəzur sərhədinə düzülsün

31.07.2023 - 10:36

Ermənistandan gələn TIR-lardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub. Bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı gerçəkləşdirib, Ümimdünya Səhiyyə Təşkilatını bölgəyə çağıracaqlar.

Cumhuriyyet.net xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa İrəvandan 19 TIR “humanitar yardım” gətirməsi adı ilə sərhədimizə göndərilməsi haqda qeyd edib.

“Böyük ehtimalla bu maşınlara yığılanların hamısı vaxtı keçmiş ərzaq məhsullardır. Birinci növbədə məsələ suverenliyimizlə bağlıdır. İkinci halda isə Azərbaycan dövləti heç vaxt razı ola bilməz ki, onun ərazisində məskunlaşan insanların, hətta erməni millətinə mənsub olsalar belə, sağlamlıqları təhlükəyə girsin”, – o bildirib.

Millət vəkili vuğulayıb ki, Zəngilandan erməni sərhədinə bizim TIR-lar düzülməli, “Naxçıvana humanitar yardım üçün yol verin!” tələbini aktuallaşdırmalıyıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=193882

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930