Sülhlə bağlı razılaşmalara sadiqəm – Paşinyan

03.08.2023 - 12:13

Azərbaycanla uzunmüddətli, sabit və davamlı sülhün yaranması üçün imkan var.

Cumhuriyyet.net xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O, sülhlə bağlı razılaşmalara sadiq olduğunu deyib:

“Mən Ermənistanın Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülhün bərqərar olmasına dair razılığa sadiqliyini vurğulamaq istəyirəm”.

Qeyd edək ki, N.Paşinyan daha əvvəl bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycanın ərazisi olduğunu bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=194092

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728