Qərbi Azərbaycan İcması bəyanat yayıb

08.08.2023 - 10:45

Qərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə bir qrup ekspertinin 2023-cü il 7 avqust tarixli qərəzli bəyanatını qınayır.

Bəyanatda deyilir:

“Blokada”, “humanitar böhran” kimi uydurma məqamların əksini tapdığı bəyanatın məzmunu onu deməyə əsas verir ki, BMT ekspertləri münasibət ifadə etdikləri məsələdən tamamilə bixəbərdirlər.

BMT-nin insan hüquqları üzrə ekspertlərinin Davranış Məcəlləsinə (“Code of Conduct”) əsasən, onların bütün açıqlamaları faktlara, sübutlara, etibarlı mənbələrə əsaslanmalıdır. Bu mənada, icma ekspertlərin Davranış Məcəlləsini pozaraq son vaxtlar bəzi dairələr tərəfindən aparılan anti-Azərbaycan kampaniyasının qurbanına çevrilməsindən təəssüflənir.

Qərbi Azərbaycan İcması BMT ekspertlərini Davranış Məcəlləsinə uyğun olaraq öz müstəqilliklərini, qərəzsizliklərini qorumağa çağırır. İcma Ermənistan tərəfindən öz doğma yurdlarından deportasiya olunmuş, lakin bu günə qədər də beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin diqqətini çəkmədiyi Qərbi azərbaycanlıları öz sıralarında birləşdirən bir İcma olaraq insan hüquqlarına münasibətdə ikili standartların, siyasiləşdirilmənin qəbuledilməz olduğunu vurğulayır.

BMT-nin insan hüquqları üzrə ekspertlərinin açıqlamasında bir sıra lüzumsuz siyasi mesajların yer alması bir daha onların öz mandatlarını aşdığını, kənardan təlimat aldıqlarını göstərir. Bu xüsusda, icma BMT ekspertlərini insan hüquqları üzrə mandat daşıyıcıları sistemini gözdən salmamağa çağırır.

Qərbi Azərbaycan İcması BMT ekspertlərini dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa, yanlış terminologiya və toponimlərdən istifadə etməməyə çağırır.

Short URL: http://www.cumhuriyyet.net/?p=194310

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728