Qərbi Azərbaycan İcmasından Litvaya: Buna qarışma!

09.08.2023 - 19:47

Qərbi Azərbaycan İcması Litvanın Vətən müharibəsindən sonra Azərbaycana qarşı sistemli, ardıcıl xarakter almış qərəzli mövqeyini pisləyir və bu ölkənin ərazi bütövlüyü, suverenlik, separatizm kimi məsələlərə münasibətdə selektiv yanaşma sərgiləməsindən təəssüflənir.

Bu barədə Cumhuriyyet.net-ə İcmadan məlumat verilib.

Bildirilib ki, Qərbi Azərbaycan İcması Litvanı Azərbaycanın daxili işlərinə qarışmamağa, diqqəti özündə milli azlıqlarla bağlı problemlərin həllinə yönəltməyə çağırır.

“Qərbi Azərbaycan İcması hesab edir ki, əgər Litva özünü “ədalət carçısı” hesab edirsə, onda dostu hesab etdiyi, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş Ermənistanla sıx münasibətlərindən istifadə edərək Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı məsələsini rəsmi İrəvan qarşısında qaldıra bilər”, – məlumatda qeyd olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=194402

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930