Ermənilər bu kəndə qaçdı, Azərbaycan Ordusu məhv edəcək!

11.08.2023 - 11:30

Azərbaycanı Laçın yolunu zorla açmaqla təhdid etdikdən sonra ərazidən qaçaraq rüsvay olan “Səlibçilər” erməni dəstəsi yenə diqqət mərkəzinə gəlib.

Cumhuriyyet.net Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-də materiallar dərc olunub.

Belə ki, erməni fərariləri ötən gün Kornidzordan Qorunxur kəndinə qaçıblar. Yerli sakinlərin fikrincə, “Səlibçilər”in kənddə olması Azərbaycanı qəzəbləndirə və hansısa addımlar atmasına səbəb ola bilər.

Sakinlər iddia ediblər ki, onlar tezliklə kəndi tərk etməlidirlər, əks halda Azərbaycan Ordusu tədbirlər görəcək.

Qeyd edək ki, 44 günlük müharibənin iştirakçıları “Səlibçilər” Paşinyan hökumətinə Laçın yolunu açmaq üçün vaxt qoymuşdu. Erməni fərarilər vaxt tamam olduqda ərazidən qaçmışdılar.

Short URL: http://www.cumhuriyyet.net/?p=194492

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728