Azərbaycan XİN Hindistanı təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hindistanı Milli Günü münasibətilə təbrik edib.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə XİN-in X səhifəsində paylaşım edilib.
“Hindistanın Milli Günü münasibətilə Hindistan xalqına və hökumətinə təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. İkitərəfli əlaqələrimizin genişləndirilməsini səbirsizliklə gözləyirik. Milli bayramınız mübarək!”, – paylaşımda qeyd olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=194602