Mirziyayev Azərbaycana gəldi – Foto

22.08.2023 - 12:08

Özbəkistan Prezidenti Şövkət Mirziyayev avqustun 22-də Azərbaycana dövlət səfərinə yola düşüb.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidmətindən bildirilib.

Eyni zamanda Ş.Mirziyayevin səfər proqramı açıqlanıb. Qeyd olunub ki, dövlət səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqlar və digər tədbirlər keçiriləcək.

Görüşlər zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.

Ş.Mirziyayevin Azərbaycana səfəri 2 gün davam edəcək və avqustun 23-də başa çatacaq.

***

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev avqustun 22-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyayevanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Short URL: http://www.cumhuriyyet.net/?p=194792

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930