Reinteqrasiyaya deyil, separatizmə can atırlar – Hacıyev

23.08.2023 - 15:00

Laçın yolu açıqdır. Ancaq Azərbaycan hökuməti yüklərin Ermənistandan Laçın yolu ilə deyil, Ağdam şəhərindən çatdırılmasını istəyir.

Cumhuriyyet.net Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibəsində bildirib.

O, Ağdamın tarixən Qarabağı Azərbaycanın digər əraziləri ilə birləşdirdiyini qeyd edib, həmçinin bu yolun daha az xərc tələb etdiyini və daha rahat olduğunu bildirib.

“Ermənilər niyə Ağdam yolundan istifadə etməkdən imtina edirlər? Çünki onlar reinteqrasiyaya deyil, separatizmə can atırlar, irredentizm axtarırlar və Azərbaycan ərazilərində öz qeyri-qanuni marionet rejimlərini saxlamaq istəyirlər”, – deyə H.Hacıyev vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194858

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031