Ceyhun Bayramov Türkiyəni təbrik etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyəni Zəfər günü münasibətilə təbrik edib.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.
“Bu gün qardaş Türkiyənin İstiqlal Savaşındakı əzm və qəhrəmanlığı ilə əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 101-ci ildönümü qeyd olunur.
Bu münasibətlə təbriklərimi çatdırır, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram”, – paylaşımda qeyd olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=195125