Daha dünya birliyinə ümid etmirik – Arutyunyan

30.08.2023 - 18:26

Qarabağ artıq dünya birliyinə ümid etmir.

Cumhuriyyet.net xəbər verir ki, bunu Qarabağdakı erməni separatçıların başçısı Araik Arutyunyan Paris meri Ann İdalqo ilə görüşündə deyib.

“Hörmət etməyi bilirik, amma diz üstə çökməyi bacarmırıq. Nə qədər lazımdırsa, mübarizə aparacağıq. Daha bizim dünya ictimaiyyəti, super güclər və beynəlxalq təşkilatlardan gözləntilərimiz yoxdur. Bizim üçün min illərlə miras qalmış ləyaqət daha önəmlidir”, – Arutyunyan bildirib.

Qeyd edək ki, mətbuat konfransı Gorusda baş tutub. Arutyunyan isə görüşə Xankəndidən videoəlaqə ilə qatılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=195168

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930