Papa Azərbaycan səmasından Əliyevə teleqram göndərdi
Roma Papası Fransisk Monqolustana səfəri zamanı hava səmasından istifadə etdiyi ölkə liderlərinə teleqramlar göndərib.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə Vatikandan məlumat verilib.
Bildirilib ki, Papa Azərbaycan Prezidenti İlham Əliyevə də teleqram göndərib.
“Monqolustana səfərim zamanı ölkənizin hava məkanından keçərkən Zati-alinizə və Azərbaycan xalqına salamlar və xoş arzular göndərirəm. Sizə birlik və sülhün bütün ilahi nemətlərini diləyirəm”, – teleqramda bildirilib.
Məlumata görə, Azərbaycanla yanaşı, Papa Xorvatiya, Bosniya və Hersoqovina, Serbiya, Monteneqro, Bolqarıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Çin liderlərinə də eyni məzmunlu teleqram göndərilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=195241