Nikolun Rusiya açıqlaması – Moskva narahatdır

04.09.2023 - 16:13

Ermənistan Baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamaları qəbuledilməzdir, Moskvada bundan son dərəcə narazıdırlar.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə məlumat verib.

“Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsindən və Ermənistan XİN-nin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır. Ton və məzmun, səhvlərinə görə məsuliyyəti Rusiyaya ötürmək qəbuledilməzdir”, – mənbə bildirib.

Qeyd edilib ki, Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək fikrində deyil, lakin İrəvan Qərbin Rusiyanı sıxışdırmaq üçün alətinə çevrilməməlidir.

Mənbə əlavə edib ki, Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahələrində münasibətlərə bir ölkənin digərindən asılılığı kimi deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı və sübut olunmuş tərəfdaşlıq kimi baxır.

Short URL: http://www.cumhuriyyet.net/?p=195342

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728