Paşinyan Rusiya haqda arsız danışır – Zatulin

05.09.2023 - 10:42

Ermənistanın Baş naziri Nikol Paşinyan getdikcə daha çox Rusiyaya qarşı arsız bəyanatlar səsləndirir.

Cumhuriyyet.net  xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin deyib.

“Paşinyan Rusiya haqqında getdikcə daha açıq və daha arsız danışır. Nümayəndə heyətlərimizlə rəsmi danışıqlar zamanı Paşinyan özünü daha çox düşməncəsinə aparır”, – o bildirib.

Onun fikrincə, Nikolun bu davranışı onun Ermənistan müxalifətinin zəifliyinə inamı ilə bağlıdır:

“Paşinyan Ermənistanı Yaxın Şərq ölkəsinə çevirməyə doğru gedir. Harda ki, alıb-satmaq başlıca rol oynayır, ancaq şəxsi rifah var, milli maraqlar yoxdur”.

Zatulin onu da bildirib ki, Paşinyanın ətrafında türklərlə, azərbaycanlılarla açıq şəkildə ortaq biznesə girən insanlar var ki, əvvəllər bu, qətiyyən mümkün deyildi.

Short URL: http://www.cumhuriyyet.net/?p=195388

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031