İlham Əliyev Boris Kolları qəbul etdi – Foto

05.09.2023 - 19:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Cumhuriyyet.net xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, energetika sahəsində əməkdaşlığın çox yaxşı səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Slovakiyanın “Həmrəylik Halqası” STRING layihəsində iştirakı əlaqələrimizin inkişafında çox mühüm hal kimi dəyərləndirilib.

Slovakiya nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə səfər edəcəyi məmnunluqla qeyd olunub və bunun həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağı bildirilib. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya tərəfindən həyata keçiriləcək “Smart village” – “Ağıllı kənd” layihəsinin önəmi vurğulanıb.

Görüşdə Slovakiyanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

Parlamentlərarası əməkdaşlıq məsələsinə toxunularaq Boris Kolların geniş nümayəndə heyəti ilə ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=195446

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930