Yaxın günlərdə döyüşlər başlayacaq – Hovhannisyan

06.09.2023 - 16:57

Yaxın günlərdə döyüşlər başlayacaq. Sentyabrın 4-də Soçidə keçirilən Ərdoğan-Putin görüşündən sonra bu, artıq qaçılmazdır.

Cumhuriyyet.net Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni hərbi ekspert Karen Hovhannisyan çıxış edib.

O hesab edir ki, Azərbaycan və Ermənistan arasında gərginlik pik həddədir və istənilən an yeni eskalasiya yaşana bilər:

“Bu döyüşlərdə Azərbaycan fərqli ssenarilər tətbiq edəcək, çünki Ermənistanın ona qarşı tətbiq edə biləcəyi ssenarilərdən xəbərdardır və buna qarşı gözlənilməz gedişlər edə bilər”.

Erməni ekspert iddia edir ki, yeni eskalasiyada Rusiya maraqlıdır.

“Çünki onun Cənubi Qafqazdan çıxarılması prosesi gedir və Moskva yeni eskalasiya yaradaraq, özünün vasitəçilik rolunu artıracaq, bölgədə möhkəmlənməyə çalışacaq”, – o bildirib.

Qeyd edək ki, Rusiya ilə yanaşı, Qərb də bölgədə hərbi eskalasiyada maraqlı ola bilər, çünki Cənubi Qafqaz uğrunda faktiki mübarizə gedir və bu mübarizədə böyük oyunçular bütün vasitələrə əl atırlar. Lakin bir məsələ şübhəsizdir: bölgədə bütün eskalasiyanın arxasında Ermənistan dayanır, gərginlik yaratmaq istəyən qüvvələr də bunu məhz Ermənistan üzərindən edirlər. Son vaxtlar sərhəddə artan erməni təxribatları da bu kontekstdə təsadüfi deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=195480

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728