Kabinetdə gərginlik: Nikol nazirləri istefaya göndərir

07.09.2023 - 12:25

Ermənistanın icra hakimiyyətində vəziyyət gərgindir. Paşinyan nazirlərdən narazıdır və yaxın vaxtlarda hökumətdə bir neçə şəxsin işdən çıxarılması gözlənilir.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

“İrəvan Ağsaqqallar Şurasına seçkidən sonra vəzifəsini tərk edəcək ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, eləcə də ətraf mühit naziri Akop Simidyan diqqət mərkəzindədir. Lakin icra hakimiyyətindəki mənbələrə görə, Nikol bununla kifayətlənməyəcək. Yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan, həmçinin əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın da öz postlarını tərk edəcəyi planlaşdırılır. Hökumətdə ixtisarlarla bağlı söz-söhbətlərə görə, gərgin vəziyyət yaranıb. Nazirlər nəfəslərini tutub gözləyirlər ki, Paşinyanın növbəti hədəfi kim olacaq, vəzifəsi ilə kim vidalaşacaq? Paşinyan isə tələsmir. O, İrəvan Ağsaqqallar Şurasına seçkini gözləyir və bundan sonra Nazirlər Kabinetində “təmizləmə”yə başlayacaq. Sirr deyil ki, hazırda Paşinyanın demək olar ki, bütün komanda yoldaşları ilə münasibətləri gərgindir. Nikol heç kimə güvənmir və buna görə də tezliklə işdən çıxaracağı nazirlərə əvəzləyici tapa bilmir”, – məlumatda deyilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=195553

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728