Ərdoğanla Paşinyan arasında kifayət qədər sərt söhbət olub
Ərdoğanın Paşinyana zəngi Türkiyənin açıq şəkildə oyuna girdiyini göstərir. Güman edə bilərik ki, onlar arasında kifayət qədər sərt söhbət olub.
Cumhuriyyet.net xəbər verir ki, bunu erməni siyasi strateq Vigen Akopyan deyib.
“İndiyədək Ermənistanın xarici siyasəti ilə bağlı Rusiya-Qərb dilemmasından danışmaq adət idisə, indi aydındır ki, ilk baxışda nə qədər paradoksal səslənsə də, Rusiya ilə Qərb arasında İrəvan Ankaranı seçib. Görünür, Paşinyan belə qənaətə gəlib ki, regiondakı məsələləri əsasən Türkiyə həll edir, üstəlik, o, Ankaranı regional mentor kimi seçib”, – o bildirib.
Akopyan qeyd edib ki, Ermənistan rəhbərliyinin Qarabağdan imtina ilə bağlı şifahi təminatları Türkiyə və Azərbaycan üçün kifayət deyil:
“Ankara və Bakı İrəvanın bunu cəmiyyətə və “Qarabağ rəhbərliyinə” təqdim etməsini gözləyir. Hadisələr onu da göstərdi ki, Paşinyan Qarabağda mövqeyini və təsirini xeyli itirib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=195653