Bakı sülh sazişi ilə bağlı şərhlərini İrəvana təqdim edib – XİN

13.09.2023 - 15:01

“Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan tərəfi qısa müddət ərzində öz şərhlərini Ermənistan tərəfinə təqdim edib.

Cumhuriyyet.net xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan rəsmilərinin sülh sazişi ətrafında əsassız bəyanatları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.

O qeyd edib ki, Ermənistan mətbuatının yaydığı bu məlumatlar həqiqəti əks etdirmir və Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır.

Xatırladaq ki, Ermənistan Respublikasının bir sıra rəsmiləri tərəfindən Azərbaycan və Ermənistan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası tərəfindən cavab şərhlərinin verilmədiyi iddiaları səslənməkdədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=195669

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930