Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi

25.09.2023 - 16:51

Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi.

Cumhuriyyet.net  xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib:

“Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi”.

Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətinə başlayanda Naxçıvana qarşı da ərazi iddiaları irəli sürürdü: “Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə düşmən geriyə otuzduruldu. Amma Naxçıvan faktiki olaraq mühasirədə idi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=196036

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930