Ramiz Mehdiyevin postuna kim təyin olunacaq?

01.03.2015 - 22:42

“İlk potensal namizəd müavinlərdir. Amma tamam kənar şəxslər də ola bilər. Namizəd kimi çox adamların adı keçir. Son qərar İlham Əliyevin iradəsindən aslıdır”

ramiz-mehdiyevMehYüksək rütbəli dövlət məmurlarının vəzifədə qalması müddətinə görə Azərbaycan dünyanın “aparıcı” ölkəsi adına iddia edə bilərdi. Çünki bu ölkədə prezident, baş nazir, parlament sədri ilə yanaşı nazirlər, dövlət komitə və komissiya rəhbərlərinin böyük bir qismi azı 10 ildir öz vəzifələrini icra edirlər.

Bu göstəriciyə görə birincilik 23 ildir öz postunda qalan Daxili İşlər naziri Ramil Usubova məxsusdur. İstisnalar da mövcuddur, məsələn, ən gənc məmur sayılan təhisl naziri Mikayıl Cabbarovdur və Müdafiə Naziri Zakir Həsənov vəzifəyə bir neçə il əvvəl gəliblər.

“OTURMUŞMUŞ HAKİMİYYƏT…”
Bəzi ekspertlər Azərbaycanda islahatların qarşısını amillərdən biri kimi məhz “uzunömürlü məmurları” görürlər.

Lakin məmur nə qədər necə deyərlər əvəzolunmaz görünsə də, elə bir məqam gəlir ki, onun varisi məsələsi ortaya çıxır.

Aprelin 17-də 77 yaşını tamamlayacaq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də həmin vəzifədə 20 ilini bu il tamamlayacaq.

Azərbaycadna mediasında tez-tez onun işdən kanarlaşdırılacağı, yerinə kimlərinsə gətiriləcəyi barədə xəbərlər dolaşır. Bəs, Ramiz Mehdiyevin vəzifəsini kim tuta bilər?

​PREZİDENT ADMİNİSTRASİYANIN RƏHBƏRİ KİM OLA BİLƏR?
Politoloq Mübariz Əhmədoğlu deyir ki, prezident İlham Əliyev bütün vəziyyəti nəzərə alır. Prezidentin hər zaman alternativləri var və atacağı addımları öncədən planlayır: “Hələki Ramiz Mehdiyev öz vəzifəsinin başındadır. Təxminən bir il öncə yaşı və sağlamlığını nəzərə alaraq prezident İlham Əliyev ona 4 nəfər müavin təyin etdi. Həmin müavinlərdən ikisi prezidentin öz köməkçiləri idi. Təcrübəyə əsaslanaraq deyə bilərəm ki, administrasiyanın rəhbəri postuna elə daxildən bir nəfər seçilə bilər. Amma yenə də xatırladıram ki, Ramiz Mehdiyev hər gün işdədir və öz funksiyasını da icra edir”.

YENİ POST: PA RƏHBƏRİNİN MÜAVİNİ…
2012-ci ilin sonlarında prezident administrasiyanın müavinləri postu təsis edildi. Bu posta prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov və müdafiə üzrə köməkçisi Vahid Əliyev təyin edildi.

Digər iki nəfərsə administrasiyanın şöbə müdirləri Novruz Məmmədov və Zeynal Nağdalıyev idi.

Bu yaxınlarda İlham Əliyev Prezident Administrasiyasının ictimai-siyasi məsələr üzrə şöbənin müdiri Əli Həsənovu özünə köməkçi təyin etdi.

NAMİZƏDLƏR VAR, AMMA…
Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu da düşünür ki, ən potensal namizədlər Ramiz Mehdiyevin müavinləri ola bilər. Amma bu sadəcə ehtimaldır: “Yəni, ilk potensal namizəd müavinlərdir. Amma tamam kənar şəxslər də ola bilər. Namizəd kimi çox adamların adı keçir. Son qərar İlham Əliyevin iradəsindən aslıdır. Burada siyasi bir rasionallıq yoxdur. Bu məsələ bağlı qapı arxasında bir və ya iki nəfərin qərarından aslıdır”.

Hazırda Azərbaycan hakiyyətində rəhbər vəzifələrdə təmsil olananların orta yaşı 58-dir. 77 yaşlı Ramiz Mehdiyev hakimiyyətdə yaşına görə ikinci şəxsdir, liderliyi 80 yaşlı baş nazir Artur Rasizadə edir.

Son 3 ayda Ramiz Mehdiyev dövlət tədbirlərində görünmür. Onun məzuniyyətə getməsi barədə rəsmi məlumat yoxdur. Bəzi ehtimallara görə, Ramiz Mehdiyev səhhəti ilə bağlı işə çıxmır. Amma Prezident Administrasiyası bunu nə təsqiq, nə də təkzib edib. zaurh

Zaur Həmidov

Short URL: http://www.cumhuriyyet.net/?p=19673

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930