“Vasif Talıbov xəstədir, evə qapanıb” – Şok açıqlama

28.02.2024 - 10:49

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovdan uzun müddətdir ki, xəbər yoxdur. Naxçıvanın keçmiş rəhbərinin hazırki vəziyyəti ilə bağlı nə mətbuatda, nə də cəmiyyətdə konkret məlumatlar öz əksini tapır. Buna səbəb nədir? Vasif Talıbov nədən “qeybə” çəkilib?

Əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz Vasif Talıbovun hazırki vəziyyəti ilə bağlı Yenisabah.az-a danışıb. Jurnalist bildirib ki, Vasif Talıbov müxtəlif xəstəliklərdən əziyyət çəkir: “Vasif Talıbov hakimiyyətdə olduğu dövrdən xəstə idi. Onun xəstəliyinin ölümcül səviyyədə olduğunu zənn etmirəm. Sadəcə, evinə qapanıb, çünki faktiki olaraq ev dustağına çevrilib. Naxçıvanı tərk etməməsi üçün ona evindən çıxmamaq tapşırılıb. Amma məndə olan məlumata görə hətta vəzifədə olduğu dövrdə, 2016-2017-ci illərdə Almaniyaya əməliyyat üçün gedib və orada ona əməliyyat olunarsa həyati təhlükə yarana biləcəyi deyilib. Digər tərəfdən Vasif Talıbovun çox ağır şəkər xəstəliyi də var”.

Ancaq Heydər Oğuz Vasif Talıbovun evinə qapanmasının səbəbinin xəstəliklərlə bağlı olmadığını qeyd edib: “Lakin Talıbovun evə qapanmasının səbəbi bu xəstəliklərlə bağlı deyil. Əvvəla, camaatın qarşısına çıxacaq üzü yoxdur. Onsuz da hər kəs Naxçıvanda ondan narazı idi, hakimiyyətdən getdikdən sonra isə hamı Vasif Talıbova nifrət edir. Onun üzə çıxmamasın başlıca 2 səbəbi var. Birincisi, ona deyilib ki, evində otur, yəni mədəni şəkildə ev dustağına çevirilib. İkinci isə qeyd etdiyim kimi insanların içərisinə çıxmağa onun üzü yoxdur. Hazırda Vasif Talıbovun dövrü ilə müqayisədə naxçıvanlılar az da olsa, fikirlərini deyə bilir, istəklərini dilə gətirirlər. Əvvəllər bu da yox idi. Hərçənd indi də Naxçıvanda bir çox sahələrdə ciddi problemlər hələ də qalmaqdadır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198870

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930