Qubad İbadoğlu siyasətlə vidalaşdı – Partiyası fəaliyyətini dayandırdı

16.05.2024 - 11:11

Azərbaycan Demokratiya və Rifah Partiyası fəaliyyətini dayandırıb. Mia.az xəbər verir ki, bu barədə partiyanın sədri Qubad İbadoğlunun qardaşı Qabil Toğrul feysbuk hesabında paylaşım edib.

O bildirib ki, ötən gün ADR İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilib.

Sözügedən qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.

Qeyd olunur ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü il tarixdə  partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalayıb və məsuliyyəti öz üzərində saxlamışdı: “Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri  qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar verib, Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=200364

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930