İsa Qəmbər parlament seçkilərinə qatılacaq – AÇIQLAMA

16.05.2024 - 11:39

Qanuna əsasən, bu ilin noyabr ayının 3-də Azərbaycanda parlament seçkiləri keçirilməlidir. Lakin bu il ölkəmizdə beynəlxalq əhəmiyyətli COP29 tədbiri keçiriləcək, buna görə parlament seçkilərinin önə çəkilməsi müzakirə olunur. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib. “Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır. Seçkilərin müddəti önə də çəkilə bilər”, – o, Komissiyanın mayın 2-də keçirilən iclasında bildirib.

Beləliklə, Azərbaycanda bu il parlament seçkilərinin keçiriləcəyi qaçılmazdır. Artıq bir sıra partiya sədrləri, ictimai şəxslər seçkilərdə iştirak edəcəklərini elan ediblər. Bir müddət əvvəl yenidən aktiv siyasətə qayıdan İsa Qəmbərin də seçkilərdə iştirak edib-etməyəcəyi maraqlıdır. O, mayın əvvəlində yenidən Müsavat Partiyasının başqanı seçilib. Maraqlıdır, İsa Qəmbər parlament seçkilərində iştirak edəcəkmi? O, hansı dairədən namizədliyini irəli sürməyi düşünür?

Modern.az bu suallarla bağlı Müsavat Partiyasına müraciət edib. Saytımıza açıqlamasında Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, İsa Qəmbər istədiyi dairədən namizədliyini irəli sürə bilər: “Musavat Partiyası kollegial qərar qəbul edir. Partiyamız parlament seçkilərində iştirak etmək barədə vaxt dəqiq elan edildikdən sonra qərar verəcək. Əgər seçkilərdə iştirak etməyi qərarlaşdırsaq, onda İsa bəy hansı dairəni istəsə, oradan da namizədliyi irəli sürülə bilər”.

Qeyd edək ki, ölkəmizdə sonuncu dəfə parlament seçkiləri 2020-ci ilin fevral ayında keçirilib. Bu seçkidə Milli Məclisin təxminən 35 faizi yenilənib, 80-dən artıq deputat mandatını qoruyub.

Short URL: http://www.cumhuriyyet.net/?p=200372

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031