ReAL-ın 17 namizədi bəlli oldu, siyahıda kimlər var? – Erkin Qədirli kənarda qalacaq?

25.05.2024 - 12:59

Növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələr bu yöndəki müzakirə və hazırlıqları intensivləşdirib. Artıq ölkədəki bütün siyasi qüvvələr bu əhəmiyyətli seçki yarışına hazırlaşır, növbəti parlamentdə daha çox təmsilçilik əldə etməyə çalışırlar. Fəaliyyətdə olan parlamentdə bir nümayəndə ilə təmsil olunan (Erkin Qədirli-red) ReAL partiyasında seçki hazırlıqları hansı səviyyədədir? Ümimiyyətlə, ReAL Erkin Qədirlinin deputat fəaliyyətindən razıdırmı və o, növbəti seçkilərdə də namizəd olacaqmı? Mövzu ilə bağlı konkret.az–a danışan ReAL Partiyasının icraçı katibi Natiq Cəfərli Erkin Qədirlinin parlament fəaliyyətini “kifayət qədər uğurlu” adlandırıb.

Digər deputatların fərdi təşəbbüslərinin yetərincə olmadığını deyən N.Cəfərlinin sözlərinə görə, parlament təqvimində Erkin Qədirli bəlkə də yeganə deputatdır ki, öz fərdi təşəbbüsü ilə 4 qanun layihəsi təklifi ilə çıxış edib: “Düzdür həmin qanun layihələri qeydiyyata alınsa da, hələ müzakirələrə çıxarılmayıb. Bu qanun layihələri daha çox vətəndaş cəmiyyətinin və medianın fəaliyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Bundan başqa, Erkin Qədirli əhalini narahat edən bir çox məsələlərdə etirazçı mövqe göstərib, eyni zamanda media haqqında qanuna edilən dəyişikliklərin əleyhinə səs verib. Bu da cəmiyyətə bir mesajdır ki, ReAL partiyasının daha çox təmsilçisi olsa, parlamentdə daha çox təşəbbüs qaldıra bilər”.

Müsahibimiz Erkin Qədirilinin AŞPA-dakı fəaliyyətini də uğurlu hesab edir: “Kvotadankənar Azərbaycan nümayəndəsi ilk dəfə olaraq AŞPA-da prosedurlar komitəsinə sədr müavini seçildi. Bu isə Erkinin şəxsi uğurudur”. Seçki hazırlıqlarından danışan N.Cəfərli ReAL partiyasının artıq 17 namizədini təsdiqələdiyini, prosesin isə davam etdiyini bildirib: “Hazırda bir o qədər də namizədin sənədləri yoxlanılır və onların hansı dairədən daha uğurlu nəticə göstərə biləcəkləri araşdırılır. Təbii ki, siyasi komitənin bütün üzvləri, o cümlədən sədr İlqar Məmmədov seçkilərdə namizəd olacaq. Erkin Qədirli isə çox güman ki, 16 saylı dairədən namizəd olacaq. Digər nümayəndələrimizin hansı dairələrdən namizəd olacağı isə seçkilərə az qalmış, hətta seçkilər elan olunan gün ictimaiyyətə açıqlanacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=200583

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031