Rusiyanın Xankəndi ilə bağlı YENİ PLANI

28.05.2024 - 11:39

Rusiya Xankəndidə yaxın vaxtlarda baş konsulluğunun açılışı üçün hazırlıqlara başlayacaq və bu işdə Azərbaycanın dəstəyinə ümid edir.  Oxu.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

“İkitərəfli məsələlərdən yaxın gələcəkdə Xankəndidə baş konsulluğun açılmasını qeyd edərdim və bu işdə dəstəyinizə ümid edirəm”, – senator görüş zamanı bildirib.

Onun sözlərinə görə, baş konsulluğun 2024-cü ildə açılması yaxşı olardı.

“Bu, bizə qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmağa imkan verəcək”, – Karasin əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=200694

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930