Lalə Şövkət seçkiyə qatılmayacaq- oğlu təsriqlədi

31.05.2024 - 11:15

Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının sabiq lideri Lalə Şövkətin yenidən aktiv siyasətə qayıtdığı və “hərəkat” yaratdığı ilə bağlı məlumatlar yayılıb. Bir qrup siyasətçi və fəal şəxsin “Qurucular hərəkatı” yaratdığı haqqında elan da verilib. Sabiq ALP sədri Əvəz Temirxan hərəkatın Lalə xanımın razılığı ilə yaradıldığını, məqsəd də qarşıdakı parlament seçkilərində və aktiv siyasi proseslərdə iştiraka hədəfləndiyini söyləyib.

Mia.az xəbər verir ki, mövzu ilə bağlı teleqraf.com-a danışan ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri Lalə Şövkətin oğlu Sidqi Şövkət deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.

“Lalə xanım aktiv siyasətdə deyil. Əvəz bəyin dediyi fikirlər həqiqətdən uzaqdır”, – deyə o, əlavə edib.

Sidqi Şövkət bildirib ki, yeni hərəkat Əvəz Temirxanın öz təşəbbüsüdür: “Lalə xanımın bu addımlardan və proseslərdən xəbəri yoxdur. O, indi aktiv siyasətdən tamamilə uzaqdır. Hələ ki Lalə xanımın aktiv siyasətə qayıtmaq niyyəti yoxdur. Növbəti parlament seçkilərinə qatılmaqla bağlı söylənən fikirlər də yalandır. Lalə xanım seçkilərə qatılmayacaq”.

Qeyd edək ki, ləğv edilmiş ALP-nin sabiq sədri Əvəz Temirxan “Quruculuq hərəkatı”nın təsis edildiyini, bunu Lalə Şövkətlə razılaşdırıldığını və xanım siyasətçinin parlament seçkilərində namizəd ola biləcəyini iddia etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=200789

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031