Parlament özünü buraxacaq? – YAP-dan açıqlama

04.06.2024 - 16:36

“İllərdir ki, Milli Məclis plenar iclaslarını mayın axırı yekunlaşdırır. Amma deputatlar iyulun 15-ə qədər öz işlərini görməyə davam edirlər. Bu baxımdan ajiotaj yaratmağa ehtiyac yoxdur. Bu adi prosedur qaydasıdır və Milli Məclisin daxili nizamnaməsi tənzimlənir. Əgər zərurət yaransa, seçkilərlə bağlı hər hansı bir məlumat elan olunacaq”. Yenisabah.azxəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Müsavat TV-nin canlı yayımında deyib. Deputat Milli Məclisin özünü buraxacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Son vaxtlar bununla bağlı şayiələr artıb. Konstitusiyadan xəbəri olmayan, Milli Məclisin nizamnaməsini açıb oxumayan adamlar bu cür əssasız xəbərlər yayır. Milli Məclis istər pandemiya, istərsə də müharibə dövründə olduqca yüksək səviyyədə fəaliyyət göstərib. Amma parlament özü istəsə qərar verə bilər ki, ölkəmiz üçün olduqca əhəmiyyətli bir məsələyə görə Milli Məclis buraxırılır. Əlbəttə, bu da Milli Məclisin hüququdur”. – deyə deputat qeyd edib.

Xatırladaq ki, bu həftənin cümə günü, iyunun 7-də Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Short URL: http://www.cumhuriyyet.net/?p=201053

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031